Modern.az

Şirkət rəhbəri özünü öldürdü

Şirkət rəhbəri özünü öldürdü

15 İyul 2016, 23:37

Omskda “Maqnit” və “ОʼKey”  mağazalar şəbəkəsinin binalarının tikintisi ilə məşğul olan “SibHidroStroy” şirkətinin direktoru Aleksandr Serbaev intihar edib. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, 11 milyon rubl məbləğində vergidən yayındığı üçün haqqında cinayət işi açılan kommersant hökm oxunmağa az qalmış özünü həyatdan məhrum etmək qərarına gəlib.

Serbaev özü istintaq və məhkəmə vaxtı günahını etiraf etməyib və dəyən ziyanı ödəməkdən boyun qaçırıb. Onun vəkili intihar haqda xəbəri təsdiqləyib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər