Böyük Britaniyada helikopter qəzaya uğrayıb. Modern.az saytı BBC-yə istinadən xəbər verir ki, insident Brayton şəhərinin hava limanında qeydə alınıb. Hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onların həyatına təhlükə olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Modern.az