Modern.az

Pul qazanmaq istəyən qadın bu qəddarlığı edib

Pul qazanmaq istəyən qadın bu qəddarlığı edib

20 İyul 2016, 21:07

Britaniyanın paytaxtı Londonda 43 yaşlı qadın uşaqları ilə qəddarcasına davranışa görə təqsirkar bilinir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, gələn ay qadına 3 ildir davam edən araşdırmadan sonra hökm elan olunmalıdır.

Məlumata görə, qadın yerli məmurları oğlu və qızının ciddi xəstəliklərdən – astma, autizm və  xoradan əziyyət çəkdiklərinə inandıra bilib. Nəticədə uşaqlara bir neçə cərrahiyyə əməliyyatı edilib, halbuki buna qətiyyən ehtiyac olmayıb.

Qadın bunun nəticəsində 375 min avro güzəşt ala bilib. Elə təkcə onun evində 145 min avro məbləğində istifadə olunmamış dərmanlar tapılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər