Modern.az

Yerevanda atışma gedir

Yerevanda atışma gedir

Dünya

20 İyul 2016, 22:31

Yerevanın mərkəzində hərbi qruplaşmanın ələ keçirdiyi polis bölməsinin yaxınlığında nümayişçilərlə polis əməkdaşları arasında qarşıdurma baş verib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu dəqiqələrdə həmin ərazidə atışma səsi eşidilir.

 

Bundan əvvəl mitinq edənlər indiyədək girovların saxlanıldığı post-patrul alayının yaxınlığındakı yolu bağlayıblar.

İyulun 17-də bir qrup silahlı post-patrul alayının binasını ələ keçirib. Bu zaman bir polis öldürülüb, 4-ü yaralanıb. Onlar “Təsis parlamenti” müxalifət təşəbbüs qrupunun koordinatoru Jirayr Sefilyanın azadlığa buraxılmasını, hakimiyyətin istefasını və etimad hökumətinin yaradılmasını tələb edirlər.

 

Modern.az

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi