Türkiyənin Avstriyadakı səfiri bu ölkənin XİN-nə çağırılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sebastyan Kurts açıqlama verib.
Avstriya tərəfi hesab edir ki, iyulun 18-də Vyananın mərkəzində Türkiyə prezidenti Ərdoğana dəstək məqsədilə keçirilən 6 min nəfərlik mitinq rəsmi Ankara tərəfindən təşkil olunub.
Vüqar İsmayılov