Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkə ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqini nəzərdə tutuan qərar layihəsini qəbul edib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, səsverməyə 461 millət vəkili qatılıb. Onlardan qərar layihəsinin lehinə 346, əleyhinə 115 nəfər səs verib. Sənəd Bakı vaxtı ilə gecə saat 02:00-da qüvvəyə minəcək.
Qeyd edək ki, sənəd Türkiyə hökuməti tərəfindən Türkiyə Böyük Millət Məclisinə göndərilib.
Modern.az