Modern.az

Braziliya Olimpiya Oyunları zamanı terror planı

Braziliya Olimpiya Oyunları zamanı terror planı

21 İyul 2016, 21:03

Braziliyada Olimpiya Oyunları zamanı terror aktı planlaşdırılıbmış. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, belə bir plan hazırlamaqda şübhəli bilinən 10 şəxs saxlanılıb. Saxlanılan şəxslər İŞİD-i dəstəkləyən qruplaşmanın üzvləri olub.

Braziliyanın ədliyyə naziri Aleksandre Moraişin açıqladığı məlumata görə, qruplaşma üzvlərinin saxlanılması üzrə əməliyyat ölkənin 10 bölgəsində keçirilib.  Hadisə ilə əlaqədar prezident səlahiyyətlərini icra edən Mişel Temer təcili iclas çağırıb. 

 

Saxlanılan şəxslər partizan taktikası ilə silah-sursatdan istifadə etməyi planlaşdırıblar.     

 

Qeyd edək ki, Rio-de-Janeyro Olimpiya Oyunlarına avqustun 5-də start veriləcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi