Meksikalı jurnalist Pedro Tamayo naməlum cinayətkarlar tərəfindən öldürülüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 45 yaşlı kişinin evinə girərək arvadının və iki övladının gözü qarşısında güllələyiblər.
Cinayətkarlar jurnalistə 11 atəş açıblar. Bundan sonra cinayətkarlar dərhal qara rəngli “Volkswagen”lə hadisə yerindən uzaqlaşıblar.
Modern.az