Modern.az

Prezidentliyə namizəd zorlamaya cəhddə günahlandırıldı

Prezidentliyə namizəd zorlamaya cəhddə günahlandırıldı

22 İyul 2016, 20:03

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampı zorlamaya cəhddə günahlandırıblar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, iddia hələ 1997-ci ildə qaldırılıb.

İddia ərizəsi verən milyarderin keçmiş silahdaşı, milyaderlə “Amerika arzusu” festivalını təşkil edən qadındır. O zaman işlə bağlı heç bir razılıq verilməyib və bu tarix tezliklə unudulub. Ancaq Cill Hart indi cinayətə cəhdlə bağlı danışmağa razılıq verib.

Qadının sözlərinə görə, hər şey 1992-ci ildə, o, Donald Trampla işləyəndən başlayıb. O, demək olar dərhal qadına yüksək diqqət verib. Bu cəhdlər 1983-cü ildə, Tramp ikinci dəfə evlənəndə də kəsilməyib. İldən-ilə cinsi əlaqə üçün hər şey aydın olurdu.

Hartın dediyinə görə, 1997-ci ildə Tramp ondan açıq şəkildə sevgi tələb edib və onunla görüşməyə başlayıb, sonra isə zorlamağa cəhd göstərib.

“O, məni divar tərəf itələdi, əllərini kürəyimə tutub donumu çıxartmağa cəhd etdi. Mən ona dedim ki, bu əməlinə son qoysun. Axı o bilirdi ki, mən Corcla birlikdəyəm (cavan oğlan və Hartın gələcək əri). Onun Corcun qonşu otaqda olmasından da xəbəri var idi”, - xanım söyləyib.

Bu qalmqaldan sonra qadın milyarderi məhkəmə verərək mənəvi kompensasiya kimi 125 milyon ödəməsini tələb edib. Ancaq tezliklə iddiasını geri götürərək baş verənlər haqda heç kimə danışmamağa üstünlük verib.

Tramp Cip Hartı yalançı adlandıraraq bütün ittihamları qəti şəkildə təkzib edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi