Modern.az

Sabiq prezidentdən etirazçılara dəstək

Sabiq prezidentdən etirazçılara dəstək

22 İyul 2016, 20:43

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün çıxış edərək, xarici qıcıqlar qarşısında mövcud daxili problemləri bir kənara qoyaraq, polis bölməsinin binasını zəbt etmiş silahlı qrupöun nümayəndələri ilə danışıqları davam etdirməyin zəruriliyini qeyd edib.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Ter-Petrosyanın fikrincə, hazırkı vəziyyətdə hakimiyyətin, partiyaların, ictimai təşkilatların, analitiklərin və KİV-in istənilən addımını və ya hərəkətini məhz bu başlıca vəzifənin yerinə yetirilməsinə dəstək mövqeyindən nəzərdən keçirmək lazımdır.

 

Lakin eks-prezidentin sözlərinə görə, bəzi şəxslər öz sözlərinin və hərəkətlərinin əhəmiyyətini qiymətləndirə bilmirlər. Ter-petrosyan bildirib ki, bu cür yanaşma milli faciəyə gətirib çıxara bilər.

 

O, istənilən yolla qan tökülməsindən qaçmağa, məsələni, necə mürəkkəb olursa olsun, danışıqlar yolu ilə həll etməyə çağırıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi