Modern.az

Obama Rusiyanın ABŞ-dakı prezidentlik yarışına müdaxiləsindən DANIŞDI

Obama Rusiyanın ABŞ-dakı prezidentlik yarışına müdaxiləsindən DANIŞDI

Dünya

27 İyul 2016, 11:40

ABŞ prezidenti Barak Obama noyabrda ölkədə keçiriləcək prezident seçkilərinə Rusiyanın müəyyən müdaxilələr edə biləcəyini istisna etməyib.

 

Modern.az xəbər verir ki, NBC telekanalına müsahibə verən zaman jurnalistin Rusiyanın Amerikadakı seçki prosesinə müdaxilə etmə ehtimalı barədə sualına president “hər şey mümkündür” – deyə cavab verib.

 

Bir neçə gün öncə, Demokratlar partiyasının ekektroin poçtu dağıdılmışdı. Bu zaman hakerlərin əldə etdiyi gizli partiya sənədləri internetə sızdırılmışdı.

 

Prezidentliyə namizdə Hillari Klintonun köməkçisi Robbi Muk hadisədə Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olan hakerlərdən istifadə olunduğunu və əsas məqsədin Donald Trampa yardım etmək olduğunu deyib.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?