Modern.az

PKK-dan hücum: 5 ölü, 8 yaralı

PKK-dan hücum: 5 ölü, 8 yaralı

Dünya

29 İyul 2016, 21:42

Türkiyənin Hakkari vilayətində  PKK terrorçuları hərbiçilərə hücum edib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, yolda yoxlanış aparan əsgərlər iriçaplı silahlardan atəşə tutulub. Hücum nəticəsində 5 əsgər şəhid olub, 8 nəfər isə yaralanıb.

Məlumata görə, yaralı əsgərlər xəstəxanalara göndərilib. Qarşıdurmanın davam etdiyi bölgəyə çox sayda zirehli texnika cəlb edilib. Bölgədə hava dəstəkli əməliyyat davam edir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi