Modern.az

Liviyada hərbçilərə hücum: 23 ölü

Liviyada hərbçilərə hücum: 23 ölü

Dünya

3 Avqust 2016, 10:45

Liviyanın Benqazi şəhərində meydana gələn partlayış nəticəsində ən azı 23 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Liviyanın Benqazi şəhərində təhlükəsizlik qüvvələrinin keçidi zamanı bomba yüklü maşının partladılması nəticəsində Tobruk hökumətinə bağlı ən az 23 əsgərin həyatını itirdiyi,15 əsgərin isə yaralandığı bildirilib.

 

Terror aktını hələki heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Qeyd edək ki, terror aktı ABŞ-ın Liviya Milli Anlaşma Hökumətinin istəyi nəticəsində Liviyada hava əməliyyatlarına başlayacağını açıqlamasının ardından həyata keçirilib.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?