"Dövlət çevrilişinə cəhddə iştirak edənlərin axtarışı davam etdirilib. Hazırda 9-u general olmaqla 288 hərbçi axtarışdadır". Modern.az saytı xəbər verir ki, bunu "Reuters"ə müsahibəsində Türkiyənin milli müdafiə naziri Fikri Işık bildirib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrindəki struktur islahatları hərbi çevriliş cəhdinə zəmin yaradılması ehtimalını aradan qaldırmaq məqsədilə həyata keçirilir: "Hökumətin atacağı addımlar NATO strukturuna və ruhuna uyğun olacaq”.
Modern.az