Modern.az

Ərdoğanla Putin vurulan təyyarəyə görə təzminatı müzakirə edəcək

Ərdoğanla Putin vurulan təyyarəyə görə təzminatı müzakirə edəcək

5 Avqust 2016, 21:41

"Türkiyə hələlik Rusiyaya vurulmuş "Su-24" təyyarəsinə görə təzminat ödəməyib. Çox guman ki, məsələ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşdə müzakirə ediləcək". Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

 

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın məktubunda və bunun ardınca baş tutan telefon danışıqlarında bir çox məsələlər artıq deyilib.

 

"Bu addımlar hər iki liderin Sankt-Peterburq görüşünə gətirib çıxardı. Ümid edirəm ki, bu addımlar gələcəkdə Rusiya ilə Türkiyə arasında bütün sahələrdə münasibətlərin normallaşdırılmasına da gətirib çıxaracaq", - RF prezidentinin köməkçisi bildirib.

 

Rusiyanın təzminat barədə tələbinə dair suala Y.Uşakov belə cavab verib: "Biz bu məsələni müzakirə edəcəyik".

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?