Modern.az

Almaniyada naməlum şəxs yoldan keçənlərə hücum edib

Almaniyada naməlum şəxs yoldan keçənlərə hücum edib

9 Avqust 2016, 00:58

Almaniyanın Maqdeburq şəhərində bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib. Modern.az saytının APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 64 yaşlı qadın yaralanaraq xəstəxanaya çatdırılıb. Onun həyatına təhlükə olmadığı bildirilir.

 

Hadisənin motivi və təfərrüatları hələ ki, məlum deyil. 25-35 yaşlarında olduğu təxmin edilən cinayətkarın tutulması üçün polis bölgədə axtarışlara başlayıb.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?