Modern.az

180 ölkədə axtarışda olan təhlükəli cinayətkar yaxalandı

180 ölkədə axtarışda olan təhlükəli cinayətkar yaxalandı

9 Avqust 2016, 10:39

Meksika polisi El Poni ləqəbi ilə tanınan narkobaron Qabino Peralta Sausedonu yaxalayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dünyanın ən təhlükəli cinayətkarlarından biri sayılırdı və İnterpol tərəfindən 180 ölkədə axtarılırdı.

 

41 yaşlı narkobaron Miçoakan ştatında heroin və kokain alveri ilə məşğul olub.

 

Qabino Sausedo Gerrero ştatının Syudad-Altamirano şəhərində yaxalanıb.

 

2012-ci ildən axtarılan cinayətkarın ABŞ-a ekstradisiya olunması gözlənilir.

 

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?