Modern.az

Fələstin xəritədən “silindi”

Fələstin xəritədən “silindi”

Dünya

9 Avqust 2016, 14:13

Xəritəsində yalnız İsrailə yer verən  Google şirkətinə qarşı  etirazlar sürətlənib.

 

 Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Google şirkəti Fələstini dünya xəritəsindən silib.

 

Xəritəyə daxil olanlar regionda yalnız İsrailin adının yer aldığını və Fələstin torpaqlarının kəsik-kəsik cizgilərlə ayrıldığını görüb.

 

Sosial mediada dərhal minlərlə insan, şirkətdən yenidən Fələstin adını xəritəyə qoymasını istəyib.

 

  Change.Org-da imza kampaniyasına dəstək sürətlənib, qısa müddət ərzində imza sayı 176 mini keçib.

 

 Google-dan hələ ki, məsələ ilə bağlı açıqlama verilməyib.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?