Modern.az

Putin-Ərdoğan görüşü BAŞLADI: “Zənginiz məni sevindirdi”

Putin-Ərdoğan görüşü BAŞLADI: “Zənginiz məni sevindirdi”

9 Avqust 2016, 15:45

Sankt-Peterburq şəhərində Vladimir Putinlə Rəcəb Tayyip Ərdoğanın görüşü başlayıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Türkiyə prezidenti dövlət çevrilişinə cəhddən sonra Putinin ilk olaraq ona zəng etməsini böyük məmnuniyyətlə xatırlayıb.

 

“Doğurdan da, sizin dövlət çevrilişinə cəhddən sonra zəng etməyiniz məni və xalqımı çox sevindirdi. Xalqımızın çevrilişlərə qarşı olması və demokratiyanı dəstəkləməsi bazar günü təşkil olunan mitinqdə öz təsdiqini tapdı”.

 

Ərdoğan həmçinin regiondakı təhlükələrə qarşı Rusiya ilə əməkdaşlığa ümidini ifadə edib.

 

“Regionda siyasi baxımdan çox şeyi sizdən və məndən gözləyirlər.  Əminəm ki, sizinlə əməkdaşlıq bir çox regional təhlükələrə qarşı effektiv təsir göstərər”.

 

Vladimir Putin isə Türkiyə ilə münasibətlərin yenidən bərpa olunmasını istədiklərini deyib.

 

“Ötən ilin noyabrında bizim hərbi qulluqçularımızın həlak olduğu faciədən sonra münasibətlərimiz ciddi geriləmişdi. Bundan sonra münasibətlərin bərpa olunmasına ümid edirik”.

 

Vüqar İSMAYILOV

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?