Fətullahçı terror təşkilatı (FETÖ) və onun arxasında dayanan güclər Türkiyə və Rusiya arasındakı əlaqələrin pozulmasına çalışıblar. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Rusiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk və rus iş adamları ilə görüşdə bildirib.
Prezidentin sözlərinə görə, Fətullahçı terror təşkilatının və onun arxasında dayanan güclərin iki ölkə arasındakı münasibətlərə qəsd etmələri bu gün daha çox anlaşılır.
Modern.az