“Türkiyənin xaricdəki geri çağırılan 32 diplomatı ölkəyə geri dönməyib".
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir deyib ki, həmin diplomatlar geri qayıtmamaq üçün heç bir səbəb göstərməyiblər:
"Biz xarici ölkələrdəki 208 diplomatı geri çağırmışdıq. Onlardan 32 nəfəri heç bir səbəb göstərmədən vətənə geri qayıtmadı.
Türkiyənin Banqladeşdəki səfirliyinin 3 əməkdaşını geri çağırmışdıq. Onlardan ikisi ABŞ-a qaçıb, biri isə Türkiyəyə qayıdıb və hazırda fəaliyyətini davam etdirir".
Ağa AKİFOĞLU