Modern.az

Talibanın girov götürdüyü helikopterin 6 heyət üzvü azad olunub  

Talibanın girov götürdüyü helikopterin 6 heyət üzvü azad olunub  

13 Avqust 2016, 12:43

Əfqanıstanda “Taliban” hərəkatının üzvləri tərəfindən avqustun 4-də girov götürülmüş Pakistana məxsus Mİ-17 helikopterinin heyət üzvləri azad edilib.

 

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nafiz Zakariya deyib.

 

O bildirib ki, 6 nəfərdən ibarət heyət bu gün Pakistana gətirilib.

 

Təhvilvermə Əfqanıstan-Pakistan sərhədində baş tutub. Bütün heyət üzvlərinin sağlam olduğu deyilir.

 

 Xatırladaq ki, avqustun əvvəlində Pakistana məxsus Mi-17 helikopteri Əfqanıstan ərazisində qəza enişi edib.

 

Helikopterin göyərtəsində biri rus olmaqla 6 nəfər olub. Onlar “Taliban” hərəkatının üzvləri tərəfindən əsir götürülüblər. 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?