Modern.az

Rusiya şirkətləri Türkiyəyə çarter uçuşları etməyə hazırdı

Rusiya şirkətləri Türkiyəyə çarter uçuşları etməyə hazırdı

13 Avqust 2016, 13:12

Rusiyanın 15-ə yaxın aviaşirkəti Türkiyəyə çarter uçuşlarını həyata keçirməyə hazırdır. Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın aviasiya idarəsi “Rosaviasiya”nın rəhbəri Aleksandr Neradko bildirib.

 

O qeyd edib ki, müvafiq icazəni alandan sonra aviaşirkətlərə çarter uçuşlarının başlanılmasına bir neçə saat kifayət edəcək: "Aviaşirkətlər o qədər çevikdir ki, təyyarəni havaya qaldırmaq üçün onlara bir neçə saat kifayət edəcək".



Daha əvvəl "Rossiya" aviaşirkəti Moskvanın "Vnukovo" hava limanından Antalyaya uçuşları bərpa edib.

 

Modern.az

 

 

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?