İyulun 17-də Yerevanda post-patrul alayını ələ keçirən bir qrup üsyançının yaraladığı 45 yaşlı gizir Qaqik Mkrtçyan bu gün ölüb.
Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda “Astxik” tibb mərkəzinin baş həkimi Robert Kurqinyan məlumat verib.
O, əvvəlcə “Qeratsi” birinci universitet kompleksində müalicə aldıqda sonra adıçəkilən tibb mərkəzinə köçürülmüşdü.
Hemodializə ehtiyac yarandığı üçün bura yerləşdirilən gizirin həyatını xilas etmək isə mümkün olmayıb.
Üsyançılar ələ keçirdikləri post-patrul alayını iyulun 31-də tərk etməklə təslim olublar.
Modern.az