Modern.az

İsveçrədə qatarda 6 nəfər bıçaqlanıb

İsveçrədə qatarda 6 nəfər bıçaqlanıb

13 Avqust 2016, 21:53

İsveçrənin şimal-şərqində yerləşən Sankt-Qallen kantonunda bıçaqla silahlanmış şəxs qatarda sərnişinlərə hücum edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, insident nəticəsində biri 6 yaşlı uşaq olmaqla 7 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxs də, xəstəxanaya göndərilib. İsveçrəlinin 27 yaşının olduğu bildirilir. Onun şəxsiyyəti barədə əlavə məlumat verilmir.

Hazırda polis ərazidə əməliyyat aparır. Havaya təcili xidmət vertolyotları qaldırılıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?