“Kurdistan” telekanalının jurnalisti İraqın Mosul şəhəri ətrafında gedən hərbi əməliyyatlar nəticəsində həlak olub. Modern.az saytı Axar.az-a istinadən xəbər verir ki, telekanalın daha bir əməkdaşı yaralanıb.
“Operator Mustafa Səid həlak olub. Hayman Nankali adlı müxbir isə yaralanıb”, - məlumatda qeyd olunub.
Bundan başqa kürddilli “Rudav” telekanalının əməkdaşları da İŞİD terrorçuları tərəfindən atəşə məruz qalıb. Lakin peşmərgə qüvvələri jurnalistləri güllə yağışı altından çıxara biliblər. Yalnız bir xarici jurnalist yaralanıb.
Modern.az