Modern.az

Türkiyədəki partlayışda ölənlərin sayı 7 nəfərə çatıb

Türkiyədəki partlayışda ölənlərin sayı 7 nəfərə çatıb

15 Avqust 2016, 20:02

Türkiyədə Diyarbəkir-Mardin yolu üzərindəki partlayışda ölənlərin sayı artıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində 2 polis və 1 mülki şəxs şəhid olub, 25 yaralı xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilən 25 yaralıdan isə 2-i polis, 2-i mülki şəxs olmaqla, 4-ü həyatını itirib. Bununla, partlayış nəticəsində həyatını itirənlərin sayı 7 nəfərə çatıb.

Qeyd edək ki, bu gün Diyarbəkrin Çinar qəsəbəsinin girişində yerləşən Şəhid Murat Uçar adına Yol İdarəetmə Mərkəzi qarşısında törədilən partlayış olub. Hadisədən sonra bölgədə geniş miqyaslı əməliyyat başlayıb. Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları göndərilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?