Modern.az

Yəməndə xəstəxana bombalandı: 25 ölü, 20 yaralı

Yəməndə xəstəxana bombalandı: 25 ölü, 20 yaralı

15 Avqust 2016, 22:59

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənin şimalında yerləşən Həcca əyalətindəki xəstəxanaya endirdikləri hava zərbələri nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, daha 20 nəfər yaralanıb.

Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə Yəmənin "Əl-Masira" telekanalı məlumat yayıb.

Ölənlər arasında həkimlər, tibb bacıları və uşaqlar var. Xəstəxana "Sərhədsiz həkimlər" beynəlxalq təşkilatı tərəfindən idarə olunur.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?