Almaniyanın Köln şəhərində terror təşkilatı PKK tərəfdarları tərəfindən “Beynəlxalq Kürd Mədəniyyət Festivalı” adı altında keçirilməsi planlaşdırılan tədbir təhlükəsizlik riski səbəbindən ləğv edilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Köln polisi keçirdiyi mətbuat konfransında Rheinenergie Stadionunda “Öcalan üçün azadlıq” şüarı ilə keçirilməsi planlaşdırılan tədbirin yüksək təhlükəsizlik riski meydana gətirdiyi üçün ləğv edildiyini açıqlayıb.
Sentyabrın 3-də keçirilməsi planlaşdırılan tədbirdə PKK terror təşkilatının sözdə rəhbər heyətindən bəzi adların video konfrans üsulu ilə festivala qatılanlara xitab ediləcəyi irəli sürülmüşdü.
Modern.az