Modern.az

"Türk Hava Yolları" Lənkərana aviareys açır

"Türk Hava Yolları" Lənkərana aviareys açır

20 Avqust 2016, 20:16

"Türk Hava Yolları" şirkəti (THY) Azərbaycanın Lənkəran şəhərinə yeni aviareys açmağı planlaşdırır. Modern.az saytı xəbər verir ki, bu barədə THY-nin hesabatında bildirilir.

Hesabata əsasən, Mahaçqala, Xarkov, Krakov və digər istiqamətlərdə də yeni reyslərin açılışı nəzərdə tutulur.

Qeyd edək ki, "Türk Hava Yolları" 241 beynəlxalq istiqamət üzrə 115 ölkəyə uçuşlar həyata keçirir və bu göstərici üzrə dünya lideridir. Aviaşirkət Azərbaycanda 1991-ci ildən fəaliyyət göstərir və hazırda Bakı, Gəncə və Naxçıvana aviareysləri icra edir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?