Modern.az

Mədəsindən 40 bıçaq çıxdı

Mədəsindən 40 bıçaq çıxdı

20 Avqust 2016, 21:22

Hindistanın Pəncab ştatının Qurdaspur şəhərində həkimlər əməliyyat zamanı yerli sakinin mədəsindən 40 bıçaq çıxarıblar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 42 yaşlı hindistanlı mədəsindəki ağrılardan şikayətlə xəstəxanaya qəbul olunub.

Həkimlər onu UZİ-dən keçməyə yollayanda, məlum olub ki, onun mədəsində hansısa “bərk kütlə” var.

Pasiyent deyib ki, hansısa məqamda onda mətbəx cihazlarını yemək istəyi yaranıb, çünki onların dadı onun üçün çox cəlbedici görünürdü. Kişini uğurlu əməliyyat ediblər, tezliklə xəstəxanadan buraxılacaq.

Xəstəxananın baş həkimi Citindera Malxotra deyib ki, bu hadisə onun üçün 20 illik karyerasında şokedici olub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?