Modern.az

Olimpiadada uduzan idmançını federasiya rəhbəri döydü

Olimpiadada uduzan idmançını federasiya rəhbəri döydü

20 Avqust 2016, 21:31

Rusiyada Rio-de-Janeyro Olimpiadası fonunda yeni qalmaqal baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, avqustun 19-da 63 kiloqram çəki dərəcəsində üçüncü yer uğrunda mübarizədə uduzan sərbəst güləşçi İnna Trajukova Rusiya İdman güləşi federasiyasının rəhbəri Mixail Mamiaşvilini zorakılıq hərəkətlərində ittiham edib.

 

“Bürünc medal uğrunda görüşdə uduzdum. Yarışdan sonra məni federasiya prezidenti Mixail Mamiaşvili içkili vəziyyətdə qarşıladı. O, kobud danışırdı, ədəbsizlik edirdi və sifətimə iki dəfə məni vurdu. Bütün bunlar şahidlərin yanında baş verib. Rusiyaya qayıdandan sonra prokurorluğa şikayətlə müraciət edəcəyəm, eləcə də qalmaqalla bağlı idman nazirliyinə də məlumat verəcəyəm. Mən qul deyiləm ki, uğursuzluğa görə mənimlə belə davranılsın! Məni adamların yanında aşağılayıblar. Mən buna son qoymaq istəyirəm ki, gələcəkdə bir daha heç bir idmançı belə situasiya ilə üzləşməsin”, - qız deyib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?