Modern.az

"Taliban" hərəkatının 27 üzvü öldürülüb

"Taliban" hərəkatının 27 üzvü öldürülüb

Dünya

20 Avqust 2016, 22:26

Əfqanıstanın cənubunda keçirilmiş hərbi əməliyyat zamanı "Taliban" hərəkatının 27 üzvü öldürülüb. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, Əfqanıstanın təhlükəsizlik qüvvələri silahlıların mövqelərinə cümə gecəsi zərbə endirib.

Əməliyyat zamanı Əfqanıstanın təhlükəsizlik qüvvələrinin də 3 əməkdaşı həlak olub.

Bu arada Əfqanıstanın şimal-şərqində partlayış baş verib. Hadisə Tahar vilayətində qeydə alınıb.  Partlayış zamanı azı 5 nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.  Hadisəyə görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?