Türkiyədə toy şənliyi zamanı partlayış törədilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verrir ki, hadisə Qaziantep şəhərində baş verib. Partlayış nəticəsində 8 nəfər ölüb, 60 nəfər yaralanıb.
Məlumata görə, Qazıantep valisi Əli Yerlikaya hadisəni terror aktı adlandırıb.
***
Türkiyənin Qazıantep şəhərindəki partlayış nəticəsində ölənlərin sayı artıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayışda ölənlərin sayı 50 nəfərə çatıb.
Modern.az