Modern.az

Gürcüstanda aksiya iştirakçıları polislə toqquşdu

Gürcüstanda aksiya iştirakçıları polislə toqquşdu

21 Avqust 2016, 20:17

Gürcüstanın qərbindəki Samtredia şəhərində marixuananın leqallaşdırılması lehinə aksiya keçirənlərlə polislər arasında qarşıdurma yaranıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, gənclər 22 yaşlı Demur Sturuanın özünü öldürməsi ilə bağlı etiraz aksiyası təşkil ediblər.

Gənc intihardan əvvəl yazdığı məktubda hüquq-mühafizə orqanlarının təzyiqi ilə üzləşdiyini qeyd edib. Mitinqçilər tüstü buraxan şaşkalar yandırıb və gurultulu qumbara partladılıblar, eləcə də polislərin avtomobillərini ağ rəngə boyayıblar.

Dava-dalaş qanun keşikçilərinin nümayişçilərə mane olmaq cəhdindən sonra baş verib. Aksiya iştirakçılarından biri saxlanılıb. Özgə əmlakına zərərvurma maddəsi ilə iş qaldırılıb.

Mart ayında Gürcüstan parlamentində az miqdarda marixuana istifadəçiləri, saxlayanları və əldə edənlərin həbsə salınmaqdan imtinası barədə qanun layihəsinin müzakirəsi təxirə salınıb. Yüngül narkotikin istifadəsinə görə cavabdehliyin yüngülləşdirilməsini nəzərdə tutan dəyişikliyin təşəbbüsçüsü Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin silahdaşı Qoqa Xaçidzedir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?