Modern.az

Gülən həm də Türkiyənin narkotik şəbəkəsinə rəhbərlik edib - VİDEO

Gülən həm də Türkiyənin narkotik şəbəkəsinə rəhbərlik edib - VİDEO

21 Avqust 2016, 23:15

Fətullahçı Terror Təşkilatının (FETÖ) narkotik şəbəkəsi ilə bağlı yeni iddialar ortaya atılıb. Modern.az saytı xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, “A haber”də yayımlanan “Diplomasi” proqramında FETÖ, PKK və narkotik mövzusu müzakirə olunub.

 

Proqramla canlı əlaqə yaradan keçmiş polis Fatih Mehmet Çolak FETÖ ilə bağlı bir çox məsələdən danışaraq ölkədə narkotik mafiyasına Gülənin nəzarət etdiyini bildirib.

 

F. M. Çolak bildirib ki, FETÖ-nün narkotik şəbəkəsinin izinə düşən polislər haqqında Prokurorluqda sorğu açılaraq onlar işlərindən xaric olunublar. Belə ki, bu qurbanlardan biri də məhz o olub.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?