Modern.az

MİT-in Almaniyadakı agentlərinin SAYI: Onlar inanılmaz dərəcədə...

MİT-in Almaniyadakı agentlərinin SAYI: Onlar inanılmaz dərəcədə...

22 Avqust 2016, 15:35

Türkiyənin əsas kəşfiyyat xidməti olan Milli İstihbarat Təşkilatı (MİT) Almaniyada casuslardan ibarət geniş və dərin şəbəkə qurub.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt”  qəzeti yazır. Məlumata görə, ölkədə 6 mindən artıq MİT əməkdaşı çalışır.

 

“Artıq uzun müddətdir ki, əsas hədəf kəşfiyyat məlumatlarının alınması deyil, repressiyaların aparılmasıdır” deyə təhlükəsizlik sahəsi üzrə ekspert Erix Şmidt-Eenbom deyib.

Onun sözlərinə görə, heç “Ştazi”də Almaniyada belə uğurlu şəbəkə qura bilməmişdi.

 

“Yaşıllar” Partiyasının deputatı Xans-Kristiana Ştrebele türk kəşfiyyatının inanılmaz dərəcədə gizli çalışdığını yazıb.

 

Vüqar İSMAYILOV

 

 

          

 

 

 

 

 

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?