“Suriyanın şimalında kürd dövlətinin yaradılmasına imkan verməyəcəyik”. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım bildirib.
Baş Nazırin sözlərinə görə, rəsmi Ankaranın mövqeyi bu məsələdə açıq və aydındır: “Biz Suriyanın şimalında hər hansı kürd dövlətinin yaradılmasına imkan verməyəcəyik. Bu, ərazi bütövlüyünü qorumağa çalışan Suriyanın özünün də maraqlarına ziddir”.
Modern.az