Modern.az

Ermənistanda qız özünü təcili yardım maşınından atdı

Ermənistanda qız özünü təcili yardım maşınından atdı

22 Avqust 2016, 23:04

Ermənistanın İstintaq Komitəsi atası öləndən sonra qızının özünü təcili yardım maşınından atıb intihar etməsi ilə bağlı cinayət işi qaldırıb. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, faciə avqustun 21-də Kotayk vilayətində qeydə alınıb.

Axşam saat 20 radələrində Çarentsavan polisinə şəhərin tibb mərkəzindən bu hadisə ilə bağlı məlumat daxil olub. Həmin gün təcili yardım maşını çağırışla Yerevan-Sevan şossesinin 31-ci kilometrliyndə “Samand” markalı avtomobilin sürücüsünün özünü pis hiss etməsi səbəbindən gedib. Ancaq xəstəxanaya gedəndə kişi maşında ölüb.

Sonradan müəyyən edilib ki, həmin təcili yardım maşınında ölən kişinin qızı da olub. O, atasının öldüyünü görəndən sonra qapını açaraq özünü avtomobildən atıb. Qız hadisə yerindəcə ölüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?