Modern.az

Baydenin Türkiyə səfərinin proqramı AÇIQLANDI

Baydenin Türkiyə səfərinin proqramı AÇIQLANDI

23 Avqust 2016, 09:45

ABŞ-ın vitse-prezidenti  Cozef Baydenin avqustun 24-də  Türkiyəyə gözlənilən səfər proqramı açıqlanıb.

 

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki,  Ankaranın Esenboğa hava limanına enəndən sonra Bayden Türkiyə Böyük Millət Məclisinə (TBMM) gedəcək. Daha sonra  parlamentin sədri İsmail Kahramanla görüş keçirəcək.

 

Vitse-prezident nahardan sonra Türkiyənin baş naziri Binali Yıldırımla Çankaya iqamətgahında təkbətək görüş keçirəcək. Görüşdən sonra onların mətbuat konfransı olacaq.

Bayden sonda prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?