Modern.az

Deputat Azərbaycanda doğulmuş erməni nazirin işdən çıxarılmasını istəyir

Deputat Azərbaycanda doğulmuş erməni nazirin işdən çıxarılmasını istəyir

Dünya

26 Avqust 2016, 13:23

Ukrayna Ali Radasında Azərbaycanda anadan olmuş erməni əsilli daxili işlər naziri Arsen Avakovun işdən çıxarılması ilə bağlı qanun layihəsi qeydiyyata alınıb. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, bu haqda parlamentin saytında xəbər verilir.

Layihənin müəllifi “Pyotr Poroşenkonun Bloku”ndan olan deputat Sergey Kaplindir. Sənəd hazırda parlament rəhbərliyinin müzakirəsinə verilib. Amma layihənin mətni parlamentin saytına yerləşdirilməyib.

Ali Rada tətildən sonra sentyabrın 6-da işə başlayacaq.

Arsen Avakov 1964-cü il yanvarın 2-də Bakının o zamanki Kirov qəsəbəsində anadan olub.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?