Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında görüş yekunlaşıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, görüş İsveçrənin Cenevrə şəhərində baş tutub. Məlumata görə, danışıqlar fasilələrlə 12 saatdan çox davam edib.
Tərəflərin əsas müzakirə mövzusu Suriya böhranı və onun aradan qaldırılması olub. Sergey Lavrov və Con Kerrinin danışıqların yekunların dair birgə mətbuat konfransı keçirəcəkləri planlaşdırılır.
Modern.az