Türkiyədə “Hizmət” şəbəkəsinin rəhbəri Fətullah Gülən tərəfdarlarının həbsi davam edir. Modern.az saytı "Milliyet" qəzetinə istinadən xəbər verir ki, “fətulahçı” olmaqda şübhəli bilinən üç sabiq səfir həbs olunub.
Bunlar Türkiyənin Kanadadakı keçmiş səfiri Tuncay Babalı, UNESCO-dakı keçmiş nümayəndəsi Qurcan Balık və Kosta-Rikadakı eks-səfiri Əli Fındıkdır.