Sovet İttifaqının süqutundan sonra Özbəkistanı 25 il ərzində idarə edən 78 yaşlı prezident İslam Kərimovun xəstəxanaya qaldırılması ilə birlikdə ölkənin gələcəyi mövzusunda spekulyasiyalar baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kərimovun beyninə qan sızmasının ardından həyatda yalnız tibbi dəstək sayəsində yaşadıldığı deyilir.
Başqa bir şayiəyə görə, Kərimov həyatını itirib və ölkədə bir iğtişaş baş verməməsi üçün bu gizlədilir.
Dünən 25-ci müstəqillik günü bayramı ilk dəfə Kərimov olmadan qeyd olunub. Şənliklərdə Kərimovun təbriki oxunub.
Kərimovun qızı Lola Kərimova, atasının sağlamlığına qovuşması üçün xoş arzularını bəxş edən vətəndaşlara təşəkkür edib: “Çox səmimi, içdən arzularınızın və sözlərinizin atamın şəfa tapmasına yardımçı olduğuna inanıram”.
Ancaq bu açıqlamanı nüfuzlular "rol qapma yarışı” kimi dəyərləndirib.
Rusiyanım “İzvestiya” qəzeti özbək mənbələrə istinad etdiyi xəbərində yazıb: “Kərimovun ölüb- ölməməsi qəti deyil, amma ortada dəqiq bir şey var: Kərimov xanədanının artıq sonu çatıb”.
“İzvestiya”nın Özbəkistanın hökumət mənbələrindən əldə etdiyi məlumatlara görə, Kərimovun böyük qızı Gülnarə Londonda ev həbsində saxlanılır. Digər qızı Lolanın isə hökumət mərhələlərinə müdaxilə etməsinə qətiyyən yol verilmir. Hətta hərbi və təhlükəsizlik qüvvələri ilə əlaqəsi tamamilə kəsilmiş vəziyyətdədir. Dövlət məmurlarının bütün nəzarəti isə hazırkı baş nazir Şövkət Mirziyevin əlindədir.
Modern.az