Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bəyan edib ki, Özbəkistan prezidenti İslam Kərimov müalicə üçün Moskvadakı tibb müəssisələrinə gəlməyib. Modern.az Rusiya mediasına istinadən verdiyi xəbərə görə, o, jurnalistlərin bununla bağlı sualına cavabında deyib ki, İslam Kərimovun Moskvaya uçduğunu təsdiqləyə bilməz.
Bununla belə, Rusiya prezidentinin mətbuat katibi etiraf edib ki, bu ölkənin tibb işçilərinin Özbəkistan liderinin müalicəsində iştirak etdikləri haqda da informasiyaya malik deyil.
Avqustun 31-də Burdenko adına nevrocərrahiyyə elmi-tədqiqat institutunun elmi rəhbəri Aleksandr Konovalov deyib ki, bu institutun əməkdaşları Kərimovun müalicəsinə cəlb olunublar.
Avqustun 29-da axşam “Ferqana” informasiya agentliyi Özbəkistan prezidentinin öldüyünü bəyan edib. Ancaq respublika prezidenti aparatındakı mənbə sonradan bu informasiyanı təkzib edib. Bundan sonra rəsmi təkzib də verilməyib.
Kərimovun xəstəxanaya yerləşdirilməsi haqda xəbər avqustun 27-də yayılıb. O 1991-ci ildən Özbəkistanın əvəzolunmaz prezidentidir.
Modern.az