Özbəkistan prezidenti İslam Kərimov ağır və kritik vəziyyətdədir.
Modern.az-ın xəbərinə görə, bu barədə ölkədə çıxan "Xalq sözü" qəzeti yazıb.
Nazirlər Kabinetinin bununla bağlı açıqlamasında xəbər təsdiqlənib.
"Əziz həmvətənlər, böyük ürək ağrısı ilə bildiririk ki, prezidentimizin vəziyyəti qəfil pisləşib və həkimlər onun vəziyyətini kritik qiymətləndirirlər”,-deyə Özbəkistan Nazirlər Kabinetinin açıqlamasında bildirilib.
Xatırladaq ki, İ.Kərimov ötən şənbə insult keçirtdikdən sonra xəstəxanaya yerləşdirilib
Ağa AKİFOĞLU