Modern.az

İslam Kərimov sabah Səmərqənddə dəfn olunacaq

İslam Kərimov sabah Səmərqənddə dəfn olunacaq

2 Sentyabr 2016, 21:25

78 yaşında dünyasını dəyişən Özbəkistan prezidenti İslam Kərimov sabah dəfn olunacaq. Modern.az saytı xəbər verir ki, Özbəkistan hökuməti və parlamentinin yaydığı rəsmi məlumatda bildirilir ki, İslam Kərimovun dəfn mərasimi Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.

Qeyd edək ki, İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi. İslam Kərimovun xəstəxanaya yerləşdirilməsi haqqında məlumat avqustun 28-də yayılmışdı.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?