Özbəkistan prezidenti İslam Kərimovun qızı Lola Kərimova-Tillyaeva özünün İnstagram səhifəsində atasının öldüyünü təsdiqləyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, yazıb: “O, bizdən getdi, hələ də buna inana bilmirəm”.
Bu gün Özbəkistan hökuməti respublikanın rəhbəri İslam Kərimovun vəfat etdiyini təsdiqləyib. Onun 78 yaşı vardı. Prezidentin vəziyyətinin kritik olması haqda informasiya avqustun 27-də yayılmışdı. Onun insultdan sonra reanimasiyaya düşdüyü xəbər verilirdi.
Sabahdan Özbəkistanda 3 günlük matəm elan olunub.
Modern.az