Filippinin Davao şəhərində baş verən partlayış nəticəsində ən azı 10 nəfərin həlak olduğu bildirilir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayış yerindən onlarla adam xəstəxanaya aparılıb.
Partlayış bazar və hotelin yaxınlığında törədilib. Bəzi mənbələr 60 nəfərin yaralandığı haqda xəbər yayıb. Hadisə haqda ətraflı məlumat verilmir.
Modern.az