Modern.az

PKK Mardində hərbçiləri atəşə tutdu

PKK Mardində hərbçiləri atəşə tutdu

Dünya

2 Sentyabr 2016, 22:50

PKK terrorçularının Türkiyənin Mardin vilayətinin Darkeçit rayonunda hərbçilərə açdığı atəş nəticəsində 6 hərbçi və 1 mülki vətəndaş yaralanıb. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:10 radələrində baş verib. Terrorçuların açdığı atəş zamanı xəsarət alan mülki vətəndaşın 40 yaşında qadın olduğu bildirilir.

Hərbçilər terrorçulara cavab atəşi açıb və PKK silahlıları ərazidən qaçıblar.

Bölgəyə təcili yardım maşınları və təhlükəsizlik qüvvələri göndərilib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda terrorçuların zərərsizləşdirilməsi məqsədilə bölgədə iri miqyaslı əməliyyata başlanılıb.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?